Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2013-cü illə müqayisədə 7,2% artaraq 7 mlrd. manat olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 59,2%-i hüquqi şəxslərdə yaranıb və bu müəssisələrdə əhaliyə 5,2 mlrd. manatlıq və ya 5,7% çox pullu xidmətlər göstərilib.
Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 62,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.