Bank Of Baku

Ötən il kredit təşkilatları kapitallarını artırmaq üçün 1,3 mlrd. manatlıq səhm buraxıb

Ötən il kredit təşkilatları kapitallarını artırmaq üçün 1,3 mlrd. manatlıq səhm buraxıb
# 16 fevral 2018 12:01 (UTC +04:00)

2017-ci ildə 11,5 mlrd. manat və 4,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü ərzində ümumi məbləği 2,5 mlrd. manat olan 60 səhm buraxılışı dövlət qeydiyyatına alınıb. Bunlardan 1,3 mlrd. manatı kredit təşkilatları, 55 mln. manatı sığorta şirkətləri, 1,2 mlrd. manatı isə digər təşkilatlara məxsus olub.

 

"Ötən il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı üstələyib. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olub", - deyə məlumatda vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR