Bank Of Baku

Ötən ilin 10 ayı ərzində Türkiyə Azərbaycana qoyduğu sərmayənin həcmini 4 dəfə artırıb

Ötən ilin 10 ayı ərzində Türkiyə Azərbaycana qoyduğu sərmayənin həcmini 4 dəfə artırıb
# 05 yanvar 2015 10:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ötən ilin yanvar-oktyabr ayları ərzində Türkiyənin yatırım etdiyi ölkələr sırasında Azərbaycan birinci yerdə qərarlaşıb.

 

APA-Economics”in Türkiyə Mərkəzi Bankının məlumatına istinadən verdiyi xəbərə görə, hesabat dövründə 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Azərbaycana sərmayələrin həcmi 4 dəfə artıb və 1,892 mlrd. dollar təşkil edib. Məlumat üçün bildirək ki, 2013-cü yanvar-oktyabr aylarında Türkiyə Azərbaycana 357 mln. dollar sərmayə yatırıb.

 

Türkiyənin ən çox sərmayə yatırdığı ölkələr arasında ikinci yeri Hollandiya tutur. Türk sərmayədarları “Zambaqlar ölkəsi”nin iqtisadiyyatına 752 mln. dollar vəsait yatırıb. Üçüncü yerdə 420 mln. dollarlıq göstərici ilə İngiltərədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR