Bakı. Musa Əhmədov - APA-economics. 2014-cü ilin yanvar-noyabr aylarında bankların məcmu gəlirləri 2,487 mlrd. manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ilin 11 ayında bankların faiz gəlirləri 2 mlrd. 62,069 mln. manat, qeyri-faiz gəlirləri 424,31 mln. manat təşkil edib.
Son bir ildə bankların cəmi gəlirləri 591,71 mln. manat və ya 31,2% artıb.
2014-cü ilin yanvar-noyabr aylarında bankların cəmi xərcləri 1 mlrd. 680,025 mln. manat o cümlədən faiz xərcləri 895,02 mln. manat, qeyri-faiz xərcləri 785,23 mln. manat olub. Nəticə etibarilə, bankların 806,74 mln. manat mənfəəti yaranıb. Banklar bu mənfəətdən (ilin 11 ayında) aktivlər üzrə xüsusi ehtiyatlara 351,71 mln. manat ayırıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Ayırmalardan sonra, bankların 11 aylıq vergi ödənilənədək xalis mənfəəti 455,03 mln. manat təşkil edib.