Bank Of Baku

Ötən ilin 11 ayında Azərbaycan idxal-ixrac əməliyyatlarından 20,5 mlrd. dollarlıq müsbət saldo əldə edib

Ötən ilin 11 ayında Azərbaycan idxal-ixrac əməliyyatlarından 20,5 mlrd. dollarlıq müsbət saldo əldə edib
# 12 yanvar 2015 14:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 108 ölkəyə əmtəə ixrac olunub, 135 ölkədən idxal olunub.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.

 

On bir ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 36,7 mlrd. ABŞ dolları, o cümlədən ixracın həcmi 28,6 mlrd. dollar, idxalın həcmi 8,1 mlrd. dollar təşkil edib, nəticədə 20,5 mlrd. dollarlıq müsbət saldo yaranıb.

 

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

 

Qeyri-neft məhsullarının ixracı 1,6 mlrd/ dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 166,8 dollara bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR