Bank Of Baku

Prezident əmək pensiyalarının artırılması haqqında sərəncam imzalayıb

Prezident əmək pensiyalarının artırılması haqqında sərəncam imzalayıb
# 09 fevral 2018 15:15 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

 

bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

 

fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR