Bank Of Baku

Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 11%-ə yaxınlaşır

Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 11%-ə yaxınlaşır
# 09 iyun 2017 14:52 (UTC +04:00)

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin may ayının 1-nə 1 mlrd. 594 mln. manat təşkil edib.


"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, aprelin 1-nə bu göstərici 1 mlrd. 590,3 mln. manat olub. Beləliklə, ay ərzində vaxtı keçmiş kreditlərin həcmi 0,23% və ya 3,7 mln. manat artıb.

Aprelin 1-nə ümumi kredit qoyuluşlarında problemli kreditlərin payı 10,2% təşkil edibsə, mayın 1-nə bu göstərici 10,3%-ə yüksəlib.

2016-cı ilin mayın 1-nə qeyri-işlək kreditlərin həcmi 1 mlrd. 381,3 mln. manat, onların ümumi kredit qoyuluşlarında (18 mlrd. 758,7 mln. manat) payı isə 7,36% olub. Müqayisə onu deməyə əsas verir ki, problemli kreditlərin həcmi il ərzində 15,4% və ya 212,7 mln. manat artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR