Bank Of Baku

Proqnoz: Azərbaycan sığorta bazarı bu il 41% artacaq

Proqnoz: Azərbaycan sığorta bazarı bu il 41% artacaq
# 27 noyabr 2012 11:13 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2012-ci il ərzində 300 mln. manat həcmində sığorta haqları toplayacağı proqnozlaşdırılır. Bu isə ötən ilin yekun göstəricisi ilə müqayisədə təxminən 41% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bəyan edib.

 

N.Xəlilovun sözlərinə görə, icbari sığorta növlərinin sığorta şirkətlərinin ümumi yığımlardakı payı ilin sonunadək 30-35% səviyyəsində olacaq: «Bu il sığorta bazarının lokomotivi məhz icbari sığorta olub. Bu da öz növbəsində könüllü sığorta növlərinin inkişafına təkan verib. Məsələn, avtomobil sahiblərinin üçüncü şəxslər qarşında mülki məsuliyyətinin icbari sığortası, hansı ki hazırda mənfəətli sığorta növü sayılır, zaman keçdikcə zərərli olacaq. Lakin bu sığorta növü üzrə işlər KASKO sığortası üzrə polisləri satmağa imkan verir».

 

N.Xəlilov bildirib ki, gələn il icbari sığorta bazarının artım potensialı stabilləşəcək: «Biz mövcud müştəri bazası vasitəsilə digər mənfəətli sığorta məhsullarının inkişaf etdirilməsi barədə düşünürük. Gələn il sığorta bazarının artımı çox olmasa da, artım gözlənilir».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR