Bank Of Baku

Qanunsuz yolla ölkəyə mobil telefonların keçirilməsinin qarşısı alınıb

Qanunsuz yolla ölkəyə mobil telefonların keçirilməsinin qarşısı alınıb
# 31 may 2017 15:18 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin yanacaq çəninin içində xüsusi düzəldilən saxlanc yerindən 15 ədəd "Samsung J1 Prime" markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 13 ədəd qidalandırıcı başlıq, 25 ədəd qulaqcıq, 42 ədəd qutu aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR