Bakı. Rəşad Süleymanov-APA. Mayın 6-7-də Qəbələdə “e-Hökumət: Gömrük sahəsində innovasiyalar” Gömrük xidmətində İKT-nin tətbiqi üzrə V Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcək. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Konfransın əsas məqsədi e-Hökumət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi, elektron idarəçilik sahəsində dövlət qurumları arasında əməkdaşlığın müasir formaların müzakirəsi, gömrük işində və iqtisadiyyatın digər sahələrində İKT-nin tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri, QHT-lər, şirkətlər, İKT mütəxəssisləri iştirak edəcəklər.