Bank Of Baku

Rusiyadan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana marixuana keçirilməsinin qarşısı alınıb
# 09 fevral 2016 08:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun nəzarət zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşı İsa Dadaşovun idarə etdiyi “Ford Tourneo Connect” markalı, 90-TO-442 dövlət nömrə nışanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerinin tavanında olan örtüyün arxa hissəsindəki boşluqda 1 ədəd bağlamada, xalis çəkisi 1,04 qram təşkil edən qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR