Bank Of Baku

Bu gündən"Gəncəbank"ın təminatsız kreditorların tələbləri proporsional qaydada ödəniləcək

Bu gündən"Gəncəbank"ın təminatsız kreditorların tələbləri proporsional qaydada ödəniləcək
# 22 iyun 2017 07:37 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib.

 

APA-Economics”in məlumatına görə, müraciətdə bildirilib ki, növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorların tələblərinin proporsional qaydada (70 min manat ekvivalentində) ödənişi, o cümlədən əvvəlki növbədə olan kreditorların tələblərinin tam ödənişi 22 iyun 2017-ci il tarixdən etibarən həyata keçiriləcək.

 

“Ödənişlər ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrində həyata keçiriləcək”, - deyə müraciətdə vurğulanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR