Bank Of Baku

Sabirabadda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Sabirabadda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 21 iyun 2017 11:40 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

 

Nazirlikdən “APA-Econmomics”ə verilə məlumata görə, SKMF Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirib.

 

Sahibkarlardan iri fermer, intensiv bağçılıq, pambıqçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, soya, mərci və noxud əkini, həmçinin meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR