Bank Of Baku

Şahin Mustafayev İordaniya və Misirdə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək

Şahin Mustafayev İordaniya və Misirdə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək
# 19 fevral 2018 08:28 (UTC +04:00)

Fevralın 19-20-də Əmmanda Azərbaycan və İordaniya Haşimilər Krallığı hökumətləri arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, 21-22 fevralda isə Qahirədə Azərbaycan və Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Hökumətlərarası Komissiyaların iclaslarında Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

 

Bu məqsədlə iqtisadiyyat naziri, hər iki Hökumətlərarası Komissiyada Azərbaycan tərəfdən həmsədr Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misir və İordaniyaya gedəcək. Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması da nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR