«APA-Economics»in məlumatına görə, bunu Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, ARDNF qızılı spekulyasiya, yəni alıb-satıb qazanc əldə etmək məqsədilə deyil, strateji qərar əsasında həyata keçirir: «Bizim qərarımız strateji qərardır, biz ölkənin valyuta ehtiyatlarının bir qismini diversifikasiya edərək qızıla yerləşdirmişik. Həmin qızılı satmaq niyyətində deyilik».
Ş.Mövsümov həmçinin bildirib ki, Fond qızılı bir dəfəyə deyil, hissələrlə aldığına görə, bu strategiya özünü doğruldub: «Yəni, biz bütün qızılı ötən il alsaydıq, çox yüksək qiymətlə alacaqdıq. Onu bərabər hissələrlə iki il ərzində aldığımıza görə, qiymətlər düşəndə də həmin qiymətlə alırıq. Bu, düzgün strategiyadır və özünü doğruldur».