Bank Of Baku

Səfir: “İran-Azərbaycan ticarət əlaqələrində 10% artım var”

Səfir: “İran-Azərbaycan ticarət əlaqələrində 10% artım var”
# 28 mart 2014 13:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla Azərbaycan arasında ticarət əlaqələrində 10% artım var. Bu da iki ölkə arasında münasibətlərin inkişaf etdiyini göstərir”.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

 

Onun sözlərinə görə, Biləsuvar sərhəd-keçid məntəqəsindən keçməklə Azərbaycandan İrana gələn turistlərin sayında da artım baş verib.

 

Səfir həmçinin deyib ki, Azərbaycan prezidenti yaxın vaxtlarda ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə İrana səfər edəcək: “Hər iki ölkənin xalqları əsrlər boyunca bir çox ortaq tərəflərlə yanaşı yaşayıb. Müxtəlif dini, tarixi, mədəni və adət-ənənələr isə dərin əlaqələrin mövcudluğunu sübut edib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR