Bank Of Baku

Səfir Piter Beytman: “Böyük Britaniyanın Azərbaycanda ən iri sərmayəçi statusu ilə fəxr edirik”

Səfir Piter Beytman: “Böyük Britaniyanın Azərbaycanda ən iri sərmayəçi statusu ilə fəxr edirik”
# 15 noyabr 2012 15:00 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman Çarlz Henrinin ölkəsinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət nümayəndəsi təyin olunmasını alqışlayıb.

 

APA-Economics”in Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin saytına istinadən xəbərinə görə, P.Beytman Azərbaycanla Böyük Britaniya arasında biznes əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib.

 

“Böyük Britaniyanın Azərbaycanda ən iri sərmayəçi statusu ilə fəxr edirik. Britaniya Azərbaycanda əhalisinin rifah halının yaxşılaşmasına müsbət təsir edib. İki ölkə arasındakı mövcud əlaqələr onların xeyrinə xidmət edir” – deyə səfir qeyd edib.

 

Onun sözlərinə görə, Çarlz Henrinin ticarət nümayəndəsi təyin olunması Azərbaycanla Böyük Britaniya arasında indiyədək qurulmuş uğurlu əlaqələrə əsaslanmaq imkanı verəcək: “Çarlz Henri regionu, o cümlədən Azərbaycanı yaxşı tanıyır. Britaniya şirkətləri Azərbaycanın təkcə neft-qaz sənayesində deyil, inşaat və pərakəndə ticarət sahəsində də çalışırlar. Ümid edirik ki, Azərbaycan şirkətlərinin Britaniya bazarında iştirakı da genişlənəcək”.

 

Qeyd edək ki, noyabrın 12-də Böyük Britaniyanın baş naziri Devid Kemeron Çarlz Henrini Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət nümayəndəsi təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR