Bank Of Baku

Sentyabrda avtomobillərə dəyən zərər üzrə sığorta ödənişinin orta məbləği açıqlanıb

Sentyabrda avtomobillərə dəyən zərər üzrə sığorta ödənişinin orta məbləği açıqlanıb
# 01 oktyabr 2015 09:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin sentyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 478 sığorta tələbi üzrə 1,8 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

 

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən xəbərə görə, zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

 


 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 19,8%, sığorta ödənişlərinin məbləğində isə 17% azalma müşahidə edilib.

 

2015-ci ilin sentyabr ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 180 manat təşkil edib.

 

Sentyabr ayında İSB tərəfindən 9 kompensasiya tələbi üzrə 30 250 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR