Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 55 min 791 ton Azərbaycan nefti nəql olunub.
“APA-Economics”in SOCAR-a istinadən məlumatına görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 15,76% azdır.
Bu ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 mln. 43 min 322 ton neft ötürülüb. Bu, 2015-ci ilin yanvar-sentyabr aylarına nisbətdə 2,06% çoxdur.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabr ayının 1-ə qədər BTC-yə 314 mln. 915 min 856 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub ki, bu da 2015-ci ilin sentyabr ayı ilə müqayisədə 3,96% çoxdur.