Bank Of Baku

Yerli banklarda yerləşdirilən depozitlərin həcmi azalıb

Yerli banklarda yerləşdirilən depozitlərin həcmi azalıb
# 05 dekabr 2015 10:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2015-ci il noyabrın 1-nə 17 150,5 mln. manat təşkil edib.

 
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 323,8 mln. manat və ya 15,67% çoxdur. O cümlədən, sentyabr ayı ilə müqayisədə cari ilin oktyabrın ayında depozitlərin həcmi 327 mln. manat və ya 1,87% azalıb.
 

Depozitlərin tərkibində 7 172,9 mln. manatı və ya 41,82%-i ev təsərrüfatları əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2014-cü ilin noyabrın 1-nə nisbətən 167,5 mln. manat və ya 2,39% artıb.
 
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin noyabrın 1-nə 9 977,6 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 156,3 mln. manat və ya 27,57% artıb. 
 
Hüquqi şəxslərin depozitlərinin tərkibində 5 049,8 mln. manatı və ya 50,6%-i maliyyə təşkilatların depozitlərinin, 4 927,8 mln. manatı və ya 49,4%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.
 
Yerli banklarda depozitlərin 4 314,7 milyonu manatla, 12 835,8 milyonu isə xarici valyutada yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR