Bank Of Baku

SKMF aktivlərini 6% artırıb

SKMF aktivlərini 6% artırıb
# 06 iyun 2017 13:46 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci illə müqayisədə ötən il aktivlərini 6,06% artıraraq 1 mlrd. 17,384 mln. manata çatdırıb.

 

"APA-Economics" SKMF-nin 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, aktivlərin 1 mlrd. 9,615 mln. manatını kredit təşkilatlarına verilmiş kreditlər təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə bu rəqəm 958,234 mln. manat olub.

 

Fondun öhdəlikləri 11 min manat təşkil edir.

 

SKMF-nin kapitalının strukturuna nəzər saldıqda məlum olur ki, dövlət büdcəsindən ayrılmış vəsaitlər 1 mlrd. 6,286 mln. manat, kapitala əlavə daxilolmalar isə 11,064 mln. manatdır. Hesabat dövründə Fondun cəmi kapitalı 6,06% artaraq 1 mlrd. 17,373 mln. manat olub.

 

2016-cı ildə Fond əməliyyat gəlirlərini 70,76% artıraraq 19,656 mln. manata çatdırıb.

 

SKMF ötən ili 12,499 mln. manat zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR