Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında 3,645 mln. manatlıq ipoteka krediti verilib.
“APA-Economics” Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gənclərin mənzillərə olan tələbatının ödənilməsi məqsədilə daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin həcmində də ötən illə müqayisədə 2,6 dəfə və ya 2 mln. 233 min manat artıb.
Məlumata görə, 2015-ci ilin ilk üç ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi, ümumilikdə, 2014-cü il ərzində verilmiş kreditlərin həcmindən 1 mln. 592 min manat çoxdur.