Bank Of Baku

Son bir ildə Azərbaycanda kredit qoyuluşların həcmi 20% artıb

Son bir ildə Azərbaycanda kredit qoyuluşların həcmi 20% artıb
# 08 oktyabr 2014 09:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin sentyabrın 1-nə 17 308,9 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 853,8 mln. manat və ya 19,74% artıb. O cümlədən, bu ilin yanvarı ilə müqayisədə kredit qoyuluşlarının həcmi 1 824,3 mln. manat və ya 11,78% artıb.

 

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 102,9 mln. manat və ya ümumi həcminin 41%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 530,3 mln. manat və ya 27,46% artıb.

 

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

 

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 14,4%-lik payla “Ticarət və xidmət”, 13,7%-lik payla “İnşaat və əmlak”, 11,6%-lik payla sənaye və istehsal, 4,5%-lik payla kənd təsərrüfatı və emal, 3,4%-lik payla nəqliyyat və rabitə, 1,3%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

 

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabrın 1-nə 938,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 174 mln. manat və ya 22,75% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,3%-dən 5,4%-dək artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR