Bank Of Baku

Tbilisidə Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

Tbilisidə Ümumdünya Gömrük Təşkilatının  İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir
# 07 iyun 2017 11:41 (UTC +04:00)

Bu gün Tbilisidə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları Konfransı və Sərgisi başlanıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 40 ölkədən 500-dən artıq nümayəndə heyətinin iştirak etdiyi konfrans-sərgidə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

 

Konfransı giriş sözü ilə Gürcüstanın Baş nazirinin müavini və maliyyə naziri Dmitriy Kumsişvili açıb. Tədbirdə maliyyə nazirinin birinci müavini, Gürcüstanın Gəlirlər Xidməti Departamentinin direktoru Giorgi Tabuaşvili, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriea, Koreya Gömrük Xidmətinin rəhbəri Jong-Vuo Lee açıb. Məruzəçilər ÜGT-nin İT Konfransının keçirilməsinin əhəmiyyətini və bu gün gömrük xidmətində informasiya texnologiyalarının rolunu xüsusi qeyd ediblər.

 

G.Tabuaşvili Gürcüstan gömrük xidməti ilə Azərbaycan gömrük xidmətləri arasında gömrük prosedurlarının sadələşdirilməsi üzrə həyata keçirilən innovasiya layihələrinin, o cümlədən, iki gömrük orqanı arasında  ilkin məlumat mübadiləsinin təşkil edilməsi layihəsinin son dərəcə əhəmiyyətini qeyd edib.  Məruzəçi eyni zamanda GUAM çərçivəsində nəqliyyat və ticarətə yardım layihəsi çərçivəsində həyata keçirilən layihələr haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev konfrans-sərginin əsas məqsədi barədə məlumat verib: “Tədbirdə əsas məqsəd elektron qaydada məlumat mübadiləsinin həyata keçirilməsidir. Yüklər 12 ölkəyə daxil olduqda reportyor ölkə bu yüklərin daxil olmasından xəbərdar olur və rəsmiləşdirmənin tez həyata keçirilməsinə xidmət edir. Biz Azərbaycan nümayəndə heyəti olaraq tədbirə qatılmışıq və çalışırıq ki, gömrük sahəsində ÜGT-nin İnformasiya Texnologiyalarının modernləşdirilməsi istiqamətində yenilikləri öyrənək və səmərəli şəkildə gömrük sahəsində həyata keçirək. Sərgidə iştirak edən gömrük xidmətləri uzun illərdir ki, bizimlə tərəfdaşdırlar. Biz tədbir çərçivəsində bu təşkilatların yeni avadanlıqları ilə maraqlanacaq və razılaşdırılmış ikitərəfli görüşlər keçirəcəyik”, - deyə Dövlət Gömrük Komitəsinin sədri bildirib.

 

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbərinin ÜGT-nin Baş katibi , Qazaxıstan Gəlirlər Xitmətinin rəhbərliyi ilə və Beynəlxalq Avtomobil Daşımaları təşkilatının (İRU) sədri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. 

 

İşini panellərdə davam etdirən konfrans-sərgi iyunun 9-da başa çatacaq.

 

Qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olan  Dövlət Gömrük Komitəsinin sədri , gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov  Gürcustan paytaxtında Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR