Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi manat-lirə ilə həyata keçirilərsə, bu, dolların məzənnəsinin tez-tez dəyişdiyi bir zamanda hər iki ölkə üçün daha faydalı ola bilər”.
Bunu “APA-Economics”ə açıqlamasında Türkiyə Mərkəzi Bankının sədr müavini Necati Şahin deyib.
“Başqa bir ölkənin valyutasından asılı olmadan öz milli valyutalarımızla alış-veriş etmək istər Türkiyə, istər Azərbaycanın dolların məzənnəsinin volatilliyi ilə bağlı üzləşdikləri riskləri minimuma endirə bilər. Lakin bunu həyata keçirmək elə də asan deyil”, - deyə N. Şahin qeyd edib.