Vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: G.Şıxbala oğlu küç., 14) Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 27 fevral saat 11:00 tarixində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 23-26 fevral tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 "Çağrı Mərkəzi"nə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.