Bu gün Vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhəri 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonundan olan sakinləri qəbul edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Görüşdə Vergilər Nazirliyinin yerli vergi orqanlarının rəhbərliyi də iştirak edib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.