Vergilər naziri müşavirlərinin sayını artırıb

Vergilər naziri müşavirlərinin sayını artırıb
# 07 oktyabr 2016 08:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər nazirinin müşavirlərinin sayı artıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən xəbər görə, Firuz Həsənov və Əflatun Məmmədov vergilər nazirinin müşaviri təyin edilib.

Bununla da nazirin müşavirlərinin sayı 10-a çatıb.

Qeyd edək ki, nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR