Bank Of Baku

Vergilər Nazirliyi: «Azərbaycan Avropa Birliyinin 20 ölkəsi ilə ikiqat vergitutmanı aradan qaldırıb»

Vergilər Nazirliyi: «Azərbaycan Avropa Birliyinin 20 ölkəsi ilə ikiqat vergitutmanı aradan qaldırıb»
# 18 dekabr 2013 13:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Son illər Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Ölkəmiz tərəfindən imzalanmış 45 bu cür sazişdən 41-i artıq qüvvədədir». «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Beynəlxalq münasibətlər İdarəsinin rəisi Mətin Kərimli «Vergilər» qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, qalan ölkələrlə isə sazişlər müvafiq proseduralar tamamlandıqdan sonra qüvvəyə minəcək: «Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə sistemli iş aparılır. Avropa Birliyi ölkələrinə gəldikdə, deyə bilərəm ki, quruma üzv 28 dövlətdən 20-si ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında müvafiq sazişlər imzalanaraq qüvvəyə minib».

 

M.Kərimli deyib ki, İspaniya və Danimarka ilə danışıqlar artıq başa çatıb: «İsveç, Portuqaliya, Malta, İrlandiya və Slovakiya ilə müzakirələr davam etdirilir və yəqin ki, yaxın zamanda bu müzakirələr uğurla başa çatdırılacaq».

 

İdarə rəisi bildirib ki, Azərbaycan Çin, Cənubi Koreya, Sinqapur, Malayziya və Yaponiya ilə həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli qaydada əməkdaşlığını genişləndirir. Onun sözlərinə görə, Cənub-Şərqi Asiya ölkələri ilə vergi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən hüquq-müqavilə bazasının genişləndirilməsi istiqamətində sistemli iş aparılır. Regionun qabaqcıl ölkələrinin vergi sistemləri təhlil edilir, qabaqcıl təcrübələri olan ölkələrlə təcrübə mübadiləsinin aparılması üçün konkret addımlar atılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR