Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 mlrd. 848 mln. 882,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,6% əməl edilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 272 mln. 820,7 min manat və ya 8,74% azdır.
Qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 mlrd. 905,879 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,0% çoxdur.
Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 66,9% təşkil edir.