Vergilər Nazirliyi məlumat bazalarında dəyişikliklər edəcək.
Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, bununla bağlı server otağına şəbəkə və əməliyyat sistemlərinin (əsas mərkəz, ehtiyat mərkəz, backup mərkəz), nazirliyin məlumat bazalarının arxiv sistemlərinin (əsas mərkəz, ehtiyat mərkəz, backup mərkəz), Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) altsistemlərinin, internet vasitəsilə verilən xidmətlərin və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminin dəstəklənməsinin, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) dəstəklənməsinin və inkişafının, beynəlxalq məlumat mübadiləsi sisteminin, elektron imza sisteminin dəstəklənməsinin, sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzinin) texniki avadanlıq və proqram təminatlarına texniki dəstəyin göstərilməsinin, AVİS altsistemləri, İnternet Vergi İdarəsi, Axtarış-Hesabat və digər proqram təminatlarında əlavə və dəyişikliklərinin edilməsinin satın alınması üçün açıq tender elan edilib.
Tender aprel 13-də baş tutacaq.
Tenderdə iştirak haqqı 550 (beş yüz əlli) manat məbləğindədir.
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər toplusu Yasamal rayonu, Lev Landau küçəsi 16 ünvanına təqdim olunmalıdır.