Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 113 mln. 622,4 min manat vəsait daxil olub, proqnoza 100,2% əməl edilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 32,4%-i mənfəət vergisinin, 28,8%-i əlavə dəyər vergisinin, 13,8%-i fiziki şəxslərin gəlir vergisinin, 10,4%-i aksizlərin, 15%-i isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 mlrd. 306 mln. 486,5 min manat vəsait daxil olub ki, bu da ötən illə müqayisədə 14,5% çoxdur.