Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti Vergilər Nazirliyinin ştat sayı haqqında qərar verib.
APA-nın verdiyi məlumata görə, qərara əsasən, Vergilər Nazirliyinin ümumi ştat sayı 200 vahid artırılaraq cəmi 2 319 vahid, o cümlədən, aparatın ştat sayı 72 vahid artırılaraq cəmi 334 vahid müəyyən edilib.
Maliyyə Nazirliyi və Vergilər Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.