Bakı. Musa Əhmədov – APA-Economics. Çin banklarının əksəriyyəti Rusiya kredit təşkilatları ilə əməliyyatlar aparmaqdan imtina edib. “APA-Economics” xəbər verir ki, bunu “Finance Asia” jurnalına müsahibəsində “VTB Bank” ASC-nin sədrinin I müavini Yuriy Solovyev deyib.
Onun sözlərinə görə, Çinin maliyyə strukturları həmçinin iki ölkə arasında ticarət xidmətində iştirakını əhəmiyyətli dərəcədə azaldıb: “Bizim münasibətlərimiz çətinliksiz ötüşmür. Əməkdaşlığın inkişafını məhdudlaşdıran ən başlıca problem Çinin Rusiya banklarına münasibətdə zidd mövqedə dayanmasıdır. Bu cür mövqe ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarından sonra yaranıb”.
Y. Solovyev qeyd edib ki, Asiya investorları Rusiyada böyük potensial olduğunu görür. Çinin Kommersiya nazirliyinin məlumatlarına görə, 2014-cü ildə Rusiyaya birbaşa qeyri-maliyyə investisiyaları 3 dəfə artaraq, 8 mlrd. dollara çatıb.