2017-ci ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 556,7 mln. manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbər görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 028,2 mln. manatı (85,1%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.