Bank Of Baku

Yanvar-iyul ayları ərzində Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 640 mln. dollar təşkil edib

Yanvar-iyul ayları ərzində Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 640 mln. dollar təşkil edib
# 25 sentyabr 2014 09:45 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA.  Hinistanın Azərbaycandakı Səfirliyində Azərbaycan və  Hindistan sahibkarlarının əlaqələrinin qurulması və Hindistana sərmayə yatırımı üçün imkanlar mövzusunda biznes-konfrans keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə hər iki ölkədən olan müxtəlif iş adamları  iştirak  edib və canlı olaraq Nyu-Dehlidə təşkil olunan “Make in İndia” Beynəlxalq Biznes Forumu izlənilib.

 

Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar bildirib ki, Hindistanda dayanıqlı sənaye sektorunun formalaşması və inkişafı hökumətin əsas prioritetidir. O qeyd edib ki, Hindistan hökuməti ölkəyə xarici investisiyanı cəlb etmək və sahibkarlar üçün münbit mühit yaratmaq üçün bir sıra tədbirlər  görür: “Sahibkarlar üçün işgüzar şəraitin yaxşı  olması daim diqqətdə saxlanılır.  İstehsal üçün lisenziya verilməsi “online” şəkildə həyata keçirilir və lisenziyaların müddəti iki ildən üç ilə uzadılıb. Vergi sahəsində  xeyli  güzəştlər  edilib. Müdafiə sənayesinə də investisiya imkanları yaradılıb ki, xarici sərmayənin payı 24 faizdən 49  faizə çatıb. Xarici sərmayədarlar üçün 9 böyük azad iqtisadi zona yaradılıb”.

 

O, Azərbaycandan olan iş adamlarının da Hindistanda sənaye sektoruna sərmayə yatırmasını önəmli hesab etdiyini deyib. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən V. Kumar əlavə edib ki, son illər Hindistan-Azərbaycan münasibətlərində də canlanma müşahidə olunur: “2012-ci ildə Azərbaycanla  ticarət dövriyyəmiz 2 milyard dollardan çox idi, növbəti il Azərbaycandan nisbətən az neft aldığımıza görə bu rəqəm 1,2 milyarda yaxın oldu. Bu ilin iyul ayına olan rəqəm 640  milyon dollardır. Hazırda əlaqələr  əsasən ticarət sahəsində inkişaf edir, lakin biz istəyirik ki, Azərbaycanın şirkətləri Hindistan sənayesinə sərmayə yatırsınlar, bunun üçün də şərait yaradılıb. Burda bizim  iş adamlarımız da var ki, inşaat, xidmət, iaşə və elektrik avadanlıqları sahəsində müəssisələr yaradıblar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR