Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,7 mlrd. manat olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,3% çoxdur.
İstehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 12,5%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,4%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,9%-i əmtəə bazarlarında satılıb.
Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin yanvar ayının səviyyəsini 9,4% üstələyərək 1663,3 mln. manat olub.
Pərakəndə əmtəə dövriyyəsi üzrə real artımın 12,0%-i hüquqi şəxslərin, 74,1%-i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 13,9%-i isə əmtəə bazarlarında yaranıb.