Cari ilin yanvar ayı ərzində Vergilər Nazirliyinin “Çağrı Mərkəzi”nin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 36 771 zəng cavablandırılıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 148 805 SMS göndərilib.
Ay ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) 483.676 daxilolma qeydə alınıb, saytın “Sual-cavab” bölməsi vasitəsilə daxil olan 260 sual cavablandırılıb.
Yanvar ayında vergi ödəyicilərinə xidmət strukturlarında 43 449 vətəndaşa 63 416 sayda xidmət göstərilib. Vergi ödəyicilərinə 31 559 sayda “ASAN İmza” sertifikatı verilib. 7 496 vergi ödəyicisi (1 036 hüquqi şəxs, 6 460 fiziki şəxs), 2 129 təsərrüfat subyekti (obyekti), 1 255 nəzarət-kassa aparatı və 702 POS-terminal qeydiyyata alınıb.