Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, büro tərəfindən 18 noyabr 2013-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 4363,64 manat məbləğində kompensasiya verilib.
Ödəniş poçt vasitəsi ilə köçürülüb.