Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 06 aprel 2014-cü il tarixində saat 05:00 radələrində Ağstafa şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfərin vəfat etməsi ilə əlaqədar Büro tərəfindən Azərbaycan vətəndaşlarına 10 000 manat və bir nəfərin az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 1 500 manat məbləğində kompensasiya ödənişi verilib.