Bank Of Baku

Yanvar ayında Azərbaycanda sığorta bazarı 14% böyüyüb

Yanvar ayında Azərbaycanda sığorta bazarı 14% böyüyüb
# 23 fevral 2023 15:53 (UTC +04:00)

Yanvar ayında Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 13,7% artaraq 133,948 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 35,168 milyon manata bərabər olub.

Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödənişə yönəldilibsə, bu ilin yanvar ayında bu rəqəm 26,3 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR