Bank Of Baku

Yaponiya yeninin manata qarşı məzənnəsi 6 illik minimuma enib

Yaponiya yeninin manata qarşı məzənnəsi 6 illik minimuma enib
# 12 aprel 2022 11:01 (UTC +04:00)

Yaponiya yeninin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi aprelin 12-də daha 0,3% azalaraq 0,0136 manat (1 manat/73,74 yen) təşkil edib.

"APA-Economics"in apardığı hesablamalara görə, bu, 2016-cı ilin 1 iyun tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir. Son 6 ildə yenin manata qarşı ən yüksək səviyyələri 2017-ci ilin fevral ayının əvvəlində müşahidə olunurdu – 0,0169 manat (1 manat/ 59,07 yen).

Yaponiya yeninin birinci növbədə dollara qarşı hazırki aşağı məzənnəsi və dəyərsizləşməsi Yaponiya Mərkəzi Bankı (YMB) və ABŞ Federal Ehtiyat Sistemi (FED) arasında pul siyasətinin bir qədər müxtəlif istiqamətlərdə irrəliləməsi fonunda müşahidə olunur. YMB hələ də yumuşaq monetar siyəsəti dəstəklədiyi halda FED-in siyasəti sərtləşməyə doğru gedir. İki ölkənin pul siyasətlərində olan sözügedən "gap" ölkələrdə inflyasiyanın müxtəlif templərlə sürətlənməsini əks etdirir.

Manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, yen nəticədə manata qarşı da dəyərsizləşib.

Qeyd edək ki, yüksək enerji qiymətləri səbəbindən ölkə iqtisadiyyatının zəif bərpası fonunda, ekspansiv pul siyasəti Yaponiya yenini dəyərsizləşdirir və ölkənin ixrac potensialını yüksəldir. Xatırladaq ki, yanvar-fevralda yenin manata qarşı orta məzənnəsinin illik müqayisədə 9,1% az olması halda, Azərbaycanın Yaponiyadan idxalı dollar ekvivalentində 52,5% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR