Bank Of Baku

Moskva ətrafında kriminal “sxodka” dağıdılıb, 50-dən çox kriminal avtoritet yaxalanıb

Moskva ətrafında kriminal “sxodka” dağıdılıb, 50-dən çox kriminal avtoritet yaxalanıb
# 09 iyul 2008 07:55 (UTC +04:00)
APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, keçirilən xüsusi əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet yaxalanıb. Onlardan 39-u “qanuni oğru”dur. Əməliyyatda vertolyotlardan da istifadə edilib. Milisin versiyasına əsasən toplantıda iki cinayətkar klan arasında münaqişə müzakirə edilirmiş. Yaxalananlar arasında məşhur gürcü avtoritet Tariyel Onianinin adamlarının olduğu da bildirilir. 1952-ci il təvəllüdlü T. Oniani ilk dəfə 17 yaşında olarkən quldurluq və oğurluq üstündə məhkum edilib. Ümumilikdə 8 dəfə həbsxanada yatıb. Ötən əsrin 80-ci illərində Moskvanın ən nüfuzlu kriminal avtoriteti sayılan T. Oniani sonra Fransaya və İspaniyaya köçüb. Bir neçə il əvvəl İspaniya hüquq-mühafizə orqanlarının çirkli pulların yuyulmasına qarşı keçirdiyi iri miqyaslı əməliyyat zamanı qaçmağa nail olsa da, onun qızı həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR