Bank Of Baku

Hərbi əməliyyatlarda əsir götürülmüş iki rus təyyarəçisi Tiflisdə saxlanır

Hərbi əməliyyatlarda əsir götürülmüş iki rus təyyarəçisi Tiflisdə saxlanır
# 16 avqust 2008 11:48 (UTC +04:00)
Sxinvali-APA. Hərbi əməliyyatlar zamanı Gürcüstan hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş Rusiya təyyarələrin iki pilotu Tiflis hərbi hospitalında saxlanır. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın məlumat verib. Onun sözlərinə görə, xəstəxanada həkim nəzarəti altında olan pilotlardan birinin onurğa sütunu, digərinin isə çiyin sümüyü zədələnib.

Digər bir məlumata görə, rus sərhədçiləri hərbi əməliyyatlar başlanan andan bəri gürcü tərəfin girov saxladığı 20 Rusiya vətəndaşını azad etməyə müvəffəq olublar. Sərhədçilərin azad etdiyi ruslar artıq vətənlərinə geri dönüblər. Həmin şəxslərdən bəziləri hazırda həkim nəzarəti altında müayinə olunur. Rusiya sərhəd qoşunları Gürcüstan sərhədini nəzarətdə saxlamaq prosesinə əlavə aviasiya qüvvələri və pilotsuz uçuş aparatları cəlb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR