Bank Of Baku

Rusiya hərbi texnikası Potini tərk etməyə başlayıb

Rusiya hərbi texnikası Potini tərk etməyə başlayıb
# 18 avqust 2008 07:24 (UTC +04:00)
Poti-APA. Rusiya hərbi texnikası Poti şəhərini tərk etməyə başlayıb. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, gün ərzində şəhərdə hərbi bazaları nəzarətdə saxlamaq istəyən cəmi bir zirehli texnikanın hərəkəti müşahidə olunub. Rusiya hərbçiləri bu gün səhər Kulevi və Çaladididə yerləşən tank birləşmələrinə və radar məntəqələrinə baş çəkiblər. Lakin bu hərbi bazalar hələ sovetlər dövründən fəaliyyətini dayandırdığına görə bu obyektlərdən heç nə aparmaq mümkün olmayıb.

Hazırda Potidə vəziyyət stabildir. Limanın bütün terminalları fəaliyyətini davam etdirir. Limanın baş direktoru Alan Mildton hazırda Rusiya hərbçilərinin limana vurduğu zərərin hesablandığını bildirib. O, limana dəyən zərərin ödənilməsi üçün beynəlxalq məhkəməyə müraciət olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR