Bank Of Baku

Kondoliza Rays: “Gürcüstanda sülhməramlı əməliyyatlar Avropa İttifaqı və ATƏT-in himayəsi altında keçirilməlidir”

Kondoliza Rays: “Gürcüstanda sülhməramlı əməliyyatlar Avropa İttifaqı və ATƏT-in himayəsi altında keçirilməlidir”
# 18 avqust 2008 07:35 (UTC +04:00)
Vaşinqton-APA. “Gürcüstanda sülhməramlı əməliyyatlar Avropa İttifaqı və ATƏT-in himayəsi altında keçirilməlidir, ABŞ qoşunlarının bu prosesdə rolu ətrafında spekulyasiyaya isə ehtiyac yoxdur”. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Kondoliza Rays çıxış edib. O, Gürcüstan rəhbərliyinin ABŞ-ın bu ölkəyə hərbi yardım göstərəcəyinə ümidvar olduğu barədə fikirlərə də münasibət bildirib: “Düşünmürəm ki, kimsə bu vəziyyətdə ABŞ-ın hərbi güc tətbiq edəcəyini gözləyirdi. Problem odur ki, Rusiya öz qonşusuna münasibətdə adekvat cavab verməyib. Moskva verdiyi söz əməl etməlidir. Rusiya prezidenti söz verib və ümidvaram ki, bu dəfə verdikləri söz əməl edəcəklər”. Kondoliza Rays Gürcüstana müdaxilə etməklə Rusiyanın dünyadakı imicinin alt-üst olduğunu deyib: “Rusiya üçün bu addımın nəticələri kifayət qədər ağır olacaq. Rusiyanın məsuliyyət dərk edən ölkə olması, siyasət, diplomatiya, təhlükəsizlik və iqtisadiyyat sahələrində beynəlxalq strukturlara inteqrasiyaya hazır olması, bu ölkənin müasir dövlətə çevrilməsi barədə təsəvvürlər sözün açığı alt-üst olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR