Bank Of Baku

Eduard Kokoytı tanınmamış Cənubi Osetiya hökumətini tam tərkibdə istefaya göndərib

Eduard Kokoytı tanınmamış Cənubi Osetiya hökumətini tam tərkibdə istefaya göndərib
# 18 avqust 2008 08:07 (UTC +04:00)
Sxinvali-APA. Tanınmamış Cənubi Osetiya Respublikasının lideri Eduard Kokoytı separatçı hökuməti tam tərkibdə istefaya göndərib. APA-nın “Lenta.ru” saytına istinadən yaydığı məlumata görə, Eduard Kokoytı həmçinin Cənubi Osetiya ərazisində fövqəladə vəziyyət elan edilməsi və Sxinvalinin bərpasına dair fövqəladə komissiyanın yaradılması barədə də sərəncamlar imzalayıb. Hökumətin toplantısında çıxış edən Eduard Kokoytı bütün “nazirləri” tənqid edib: “Mən hökumətin işindən, bütün qurumların fəaliyyətindən ciddi şəkildə narazıyam. Buna görə də mövcud vəziyyəti dəyişdirmək üçün qətiyyətli addımlar atmaq məcburiyyətindəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR