Bank Of Baku

Türkiyə Borjomi meşələrində baş verən yanğını söndürmək üçün iki təyyarə göndərib

Türkiyə Borjomi meşələrində baş verən yanğını söndürmək üçün iki təyyarə göndərib
# 18 avqust 2008 12:52 (UTC +04:00)
Tiflis-APA. Türkiyə Borjomi meşələrində dünəndən başlanmış yanğınları söndürmək üçün Gürcüstana xüsusi təyyarə göndərib. APA-nın məlumatına görə, yaxın saatlarda Türkiyədən daha bir yanğınsöndürən təyyarənin Gürcüstana gəlişi gözlənilir. Gürcüstanın ətraf mühitin mühafizəsi naziri İrakli Qvaladze yanğınların günün sonuna kimi tam söndürüləcəyini bildirib. Onun sözlərinə görə, alov bu saata qədər 220 hektar meşə sahəsini külə döndərib. Qeyd edək ki, yanğın baş verən ərazi Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinin keçdiyi ərazinin bir neçə kilometrliyində başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR