Bank Of Baku

Gürcüstan Borjomi meşələrində törədilən yanğına görə Rusiyaya qarşı iddia qaldıracaq

Gürcüstan Borjomi meşələrində törədilən yanğına görə Rusiyaya qarşı iddia qaldıracaq
# 18 avqust 2008 14:40 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan Borjomi-Xaraqul qoruğunda törədilən yanğına görə Rusiyadan təzminat tələb etmək niyyətindədir. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, ölkənin ətraf mühit və təbii ehtiyatlar naziri İrakli Qvaladze bildirib ki, hazırda yanğınların Rusiya təyyarələrindən atılan yandırıcı bombalardan qaynaqlandığına dair dəlillər toplanmaqdadır. Nazir yanğın faktı ilə bağlı cinayət işi başlandığını, tələb olunan təzminatın həcminin kifayət qədər böyük olacağını bildirib. Hazırda yanğınların söndürülməsində Türkiyənin iki təyyarəsinin iştirak etdiyini deyən İrakli Qvaladze bildirib ki, Ukrayna və Azərbaycanın bölgəyə yanğınsöndürən təyyarələr göndərməsində problemlər yaranıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Borjomi meşələrində baş verən yanğının Rusiyanın bölgədəki fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR