Bank Of Baku

Kondoliza Rays: “Rusiya Qərblə oynadığı təhlükəli oyundan əl çəkməlidir”

Kondoliza Rays: “Rusiya Qərblə oynadığı təhlükəli oyundan əl çəkməlidir”
# 19 avqust 2008 07:20 (UTC +04:00)
Vaşinqton-APA. “Rusiya çox təhlükəli oyun oynayır və Qərb Rusiyaya Şimali Qafqaz münaqişəsində qarşısına qoyduğu strateji hədəflərə nail olmağa imkan verməyəcək”. APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Kondoliza Rays çıxış edib. Rusiyanın Gürcüstana müdaxiləsini demokratiyaya hücum kimi dəyərləndirən Kondoliza Rays bu addımın həmçinin Saakaşvili hökumətinin zəiflədilməsinə, region əhalisinin gözünü qorxutmağa hesablandığını bildirib. Dövlət katibi bildirib ki, NATO Xarici İşlər Nazirləri Şurasının toplantısında Dmitri Medvedevi Gürcüstandan qoşunları çıxarmaq barədə öhdəliyə əməl etməyə inandırmaq yolları müzakirə olunacaq: “Düşünürəm ki, fransızlar ruslardan verdikləri sözə nə üçün əməl etmədikləri ilə bağlı izahat tələb edəcəklər. İnsanlar özlərinin transatlantik strukturların himayəsi altında özlərini müdafiə olunmuş hesab edə bilərlər. Xatırladırıq ki, Rusiya bir zamanlar SSRİ-nin oynadığı geostrateji mərkəz rolundan çox-çox uzaqdır. Rusiya strateji aviasiyası hətta ABŞ-ın sərhədlərini belə pozub. Bu isə çox təhlükəli oyundur və ruslar bu oyundan imtina etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR